Əliyev və Ruhani Neftçala avtomobil zavodunu işə saldı - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev və Prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basdılar.
Sonra avtomobil zavodunda istehsal prosesini əks etdirən videoçarx təqdim olundu. Daha sonra Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycanın sərmayə yatırdığı İranın Astara Yük Terminalına dair videoçarx nümayiş etdirildi. Dövlət başçıları biznes forumda nitq söylədilər.
AzVision.az
Teqlər: Iran Azərbaycan İlham-Əliyev