Azərbaycanda 20-yə yaxın biznes-inkubator yaradılıb
Onun sözlərinə görə, ölkədə sahibkarlığın inkişafı ilə bağlı genişmiqyaslı işlər həyata keçirilir: "Sahibkarlığın inkişafı sahəsində ideyaların formalaşdırılması, biznes imkubatorların yaradılması vacib əhəmiyyətə malikdir".
S.Məmmədov deyib ki, startap bu gün dünyada geniş yayılır: "Hər bir startap uğurlu olmur. Əsas ideyanın formalaşdırılması və onun üzərində işlənməsidir ".
Nazir müavini əlavə edib ki, ölkədə 20-ə qədər biznes inkubatorları yaradılıb: "Qərara gəldik ki, biznes İnkubatorlarının fəaliyyətini əlaqələndirmək üçün Komissiya yaradaq. Bu gün Komissiyasının ikinci iclasıdır. Bu gün 18 biznes imkubatoru arasında memorandum imzalanıb".
Aytən Zəhra
AzVision.az
Teqlər: