İran Azərbaycandan elektrik enerjisi alacaq
Bunu İranın energetika naziri Reza Ardakaniya deyib. Nazir qeyd edib ki, Azərbaycandan elektrik enerjisinin alınması barədə razılaşma İran prezidenti Həsən Ruhaninin Bakıya baş tutmuş səfəri çərçivəsində əldə olunub.
Nazirin sözlərinə görə, tərəflər həmçinin İran, Azərbaycan və Rusiyanın enerji xəttlərinin sinxronizasiyasına yönəlmiş tədbirlər görülməsi barədə qərar qəbul ediblər.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani martın 29-da Bakıda rəsmi səfər olub. (Trend)
AzVision.az