Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq etdi
“Adı çəkilən qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.
Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub. Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə müraciət edə bilərsiniz: Telefon: (012) 404 46 99, daxili nömrələr - 129 Sevinc Məmmədova, 282 Elnarə Kazimova, 469 Günay Mamedova”, - deyə məlumatda qeyd olunub"-deyə məlumatda qeyd olunub.
AzVision.az
Teqlər: Maliyyə-Nazirliyi QHT