Gəncədə istehsal olunan 10 mininci traktor
Elmar Vəliyev prezident İlham Əliyevin Belarusa səfəri zamanı iki dövlət arasında qurulan iqtisadi əlaqələr nəticəsində bu gün Gəncə Avtomobil Zavodunda qazanılmış uğurlardan danışıb. Bildirib ki, Minsk Avtomobil Zavodu ilə bağlanmış müqavilə şərtlərinə əməl olunaraq 2007-ci il martın 27-də Gəncə zavodunda ilk “Belarus” traktoru, bu gün isə 10.000-ci traktor konveyerdən çıxıb.
Yaqub Eyyubov və Vladimir İliç Semaşko iki ölkə arasında əməkadaşlığın artan templə inkişaf etdiyini və bundan sonra əlaqələrin daha da dərinləşəcəyini bildiriblər. Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev zavodda həyata keçirilən müştərək layihələrin səmərəli nəticələr verdiyindən məmnunluq ifadə edilərək deyib ki, bu cür qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da davam etdiriləcək.
Minsk traktor zavodu ASC-nin Baş direktoru - Fyodor Aleksandroviç Domatenko vurğulayıb ki, burada yığılan avtomobillərin yüksək keyfiyyətlə xarici ölkələrə ixrac edilməsi də təqdirə layiq haldır. Tədbirin sonunda alqışlarla 10.000-ci traktor konveyrden çıxıb.
AzVision.az