Xəbərdarlıq: Türkiyədən gətirilən bu məhsulları almayın!
Agentlik həmin məhsulların siyahısına baxış keçirib və Türkiyədən Azərbaycana ixracı ehtimal olunan 119 adda istehsalçıya məxsus məhsulların siyahısını hazırlayıb.
Siyahıda qeyd olunan qida məhsullarının 17 növü ət və ət məhsullarına, 40 növü süd və süd məhsullarına,15 növü bal məhsullarına, 40 növü bitki yağlarına, 1 növü çay məhsuluna 1 növü ədviyyat məhsuluna, 4 növü şokolad məhsuluna, 4 növü spirtsiz içkilərə, 1 növü enerji içkilərinə, 13 növü isə qida əlavələrinə aiddir.
Agentlik yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Müfəttişliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətlərinə müvafiq sorğular göndərib.
QTA əhalini siyahıda yer alan qida məhsullarını almamağa çağırır. Agentlik vətəndaşların nəzərinə çatdırır ki, bu qida məhsulları ilə rastlaşdıqda həmin qida məhsullarının nümunəsini və qida məhsulunun əldə olunduğu satış nöqtəsinin adı və ünvanı daxil olmaqla, Agentliyin (012) 377-00-77 telefon nömrəsinə zəng vurmaqla, yaxud rəsmi müraciət etməklə bildirsinlər.
AzVision.az