İpoteka kreditləri üzrə sığorta tarifləri aşağı salınacaq

İpoteka kreditləri üzrə sığorta tarifləri aşağı salınacaq
  04 Aprel 2018    Oxunub:1382
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin təşkilatçılığı ilə həyat sığortası şirkətlərinin İpoteka və Kredit Zəmanət Fondu ilə görüşü keçirilib.
AzVision.az ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli, sığorta şirkətlərinin rəhbər şəxsləri və Fondun rəhbərliyi iştirak edib.

İpoteka Fondunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə dəyişiklik təşəbbüsü ilə çıxış etməsi görüşün əsas müzakirə mövzusu olub. Məsələ ilə bağlı tərəflər öz mövqelərini ifadə edib və məsələnin hər iki tərəfi qane edəcək şəkildə həll olunması istiqamətində təkliflər irəli sürülüb. Görüşün yekunu olaraq, sığortaçıların ipoteka kreditləri üzrə sığorta tariflərinin endirilməsi barədə razılığa gəlinib. Növbəti görüşdə bununla bağlı görüləcək tədbirlərin ətraflı müzakirə olunması qərara alınıb.

Qeyd edək ki, İpoteka Fondunun Qanuna dəyişiklik təşəbbüsü ilə əlaqədar ASA-nın təşkilatçılığı ilə həm rəhbərlik səviyyəsində, həm də işçi qrupu səviyyəsində görüşlər keçirilib. Bu görüşlərin nəticəsi olaraq sığortaçıların Fondla görüşü təşkil olunub.

AzVision.az


Teqlər: ASA   İpoteka  





Xəbər lenti