Gürcü turistlər Azərbaycana niyə gəlmir? - SƏBƏB
Azərbaycanlılardan fərqli olaraq, gürcü turistlər bizim ölkəyə o qədər də maraq göstərmir. Buna səbəb nədir?
“Bizim şəraitimiz onlardan daha yaxşıdır. Həm də onlarda səfər mədəniyyəti çox azdır. Azərbaycanılıların ən çox getdiyi yerin Gürcüstan olmasının səbəbi bizə ən yaxın ölkə olmasıdır. Həm də qiymətləri normaldır. Bu baxımdan Gürcüstan bizim üçün hər zaman prioritet olaq. Ölkəmizə gələn turistlər içərisində Gürcüstan vətəndaşları az da olsa var. Nəzərə almalıyıq ki, Gürcüstanda çoxlu sayda azərbaycanlı yaşayır. Ona görə Gürcüstandan Azərbaycana gələnlərin olmadığını demək düzgün deyil”.
N.Bağırovun sözlərinə görə, Azərbaycana gələn turistlər arasında iranlılar üstünlük təşkil edir: “İkinci yerdə İran vətəndaşlarıdır ki, onlar Novruz bayramı ərəfəsində daha çox gəlirlər. Sonrakı yerlərdə MDB ölkələrindən, Rusiya və Ukraynadan Azərbaycana gələn turistlərdir. Novruz bayramı ərəfəsində iranlıların azlıq təşkil etməsinə səbəb onların iqtisadiyyat ilə bağlıdır. Belə ki, tümenin dollara nisbətən aşağı düşməsi nəinki Azərbaycan, digər ölkələrə gedən iranlı turistlərin sayında azalmaya səbəb olub. Məsələn, keçən il Novruz bayramı ərəfəsində İrandan 80-dan artıq uçuşlarımız olmuşdu. Bu il heç onun yarısı qeydə alınmadı. Bu digər ölkələrdə də müşahidə edildi”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Turist Səfər Nahid-Bağırov