Əmanətçilərə 45,5 milyon kompensasiya ödənilib

Əmanətçilərə 45,5 milyon kompensasiya ödənilib
  04 Aprel 2018    Oxunub:1283
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə 45,5 milyon manatdan artıq kompensasiya ödəyib.
ADIF-dan AzVision.az-a verilən məlumata görə, kompensasiyaların ödənilməsinə bu il fevralın 1-dən başlanılıb. ADIF ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsində yenilik tətbiq edib. Belə ki, Azərbaycan Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatları nəzərə alaraq, ləğv prosesində olan "DəmirBank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pulköçürmə sistemi vasitəsilə ödənilir. Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi "Kapital Bank" ASC-nin 26 filialında aparılır.

Ləğv prosesində olan "Dəmir Bank" ASC-də qorunan əmanətçilər kompensasiyaların ödənilməsi üçün bir il müddətində müraciət edə bilərlər.

AzVision.az


Teqlər: ADIF   Dəmirbank  





Xəbər lenti