Neftçalada istehsal edilən maşınlar: Qiymət 14 mindən başlayır (FOTOLAR)
AzVision.az xəbər verir ki, “Xəzər” zavodunun ilk avtomobilləri gələn aydan satılacaq. "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib ki, növbəti ayda bazara 300 avtomobil çıxarılacaq.
E.Axundov qeyd edib ki, hazırda avtomobillərin ehtiyat hissələri idxal olunur və burada yığılır: "Gələcəkdə həmin hissələr burada hazırlanacaq. Mühərrikin həcmi 1,7 litrdir, qiymətləri isə 14-16 min arasında dəyişir".
"Azərmaş" ASC-nin İdarə Heyətinin sədri əlavə edib: "Avtomobil zavodunda 200 nəfər işləyir, gələcəkdə işçilərin sayı 300-ə çatdırılacaq. Gələn ilin sonuna qədər istehsal olunacaq "Xəzər" avtomobillərinin 20 faizi xaricə ixrac olunacaq. İran tərəfi ixracların müəyyən hissəsini buradan həyata keçirməyi planlaşdırır. Ona görə də gələcəkdə ixrac həcmlərinin artırılması nəzərdə tutulub. Bunlar bazarda ən ucuz maşınlardır. Hazırda bazarda Rusiya və Çin maşınları ucuz sayılır ki, onların qiyməti 21 mindir. Bizim maşınlar isə daha ucuz bazara təklif olunacaq".
Aytən Zəhra
AzVision.az