İlahiyyat İnstitutunda 60 tələbə təhsil alacaq
“Qəbul III ixtisas qrupunda həyata keçiriləcək. Abituriyentlər mərkəzləşdirilmiş qaydada imtahan verdikdən sonra İslamşunaslıq ixtisasını seçənlər əlavə olaraq dini psixoloji komissiyadan keçəcəklər. İnstitutun yerləşəcəyi binanın müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 9 fevral tarixli sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: Dini-Komitə İlahiyyat-İnstitutu