"Cənub Qaz Dəhlizi meqa-layihədir" - Rövnəq Abdullayev
R.Abdullayev bildirib ki, "Qarabağ” neft-qaz yatağının işlənmə planları üzrə əsas layihələndirmə mərhələsinə başlanıb: "SOCAR artıq öz imkanları ilə 6 min metrdən artıq dərinlikdə anomal yüksək təzyiqli və yüksək temperaturlu quyuların qazmasını uğurla həyata keçirir. Düşünürəm ki, yeni yataqlardan 2020-2021-ci illərdə ilk məhsulu əldə edəcəyik".
““Cənub Qaz Dəhlizi” beynəlxalq əhəmiyyətli vahid qaz magistralını yaradacaq, bütün tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verəcək" deyən Rövnəq Abdullayev bildirib ki, bu layihə Azərbaycanın ixrac kəmərlərini şaxələndirərək, ölkəmizin ixrac marşrutlarının seçimi baxımından daha da müstəqilləşməsinə şərait yaradacaq və bunun nəticəsində tərəfdaşlarla aparılan bütün kommersiya danışıqlarında Azərbaycana əlavə üstünlük yaradacaq.
R. Abdullayev qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara buraxıldıqdan sonra, iki qitə və 6 ölkəni birləşdirən, dünyada misli olmayan Cənub Qaz Dəhlizi meqa-layihəsinə start verilib: “Artıq bu il 4 seqmentdən ibarət bu möhtəşəm layihənin 3 seqmenti istifadəyə verilir və ölkəmiz prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu uzunmüddətli çalışmaların bəhrələrini görəcək”.
AzVision.az