Qeyri-neft sektoru üzrə ixrac 37% artıb
2018-ci ilin yanvar-fevral ayları ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl birinci yerdə qərarlaşıb (24,4 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri elektrik enerjisi (20,3 milyon ABŞ dolları), üçüncü yeri isə xurma (19 milyon ABŞ dolları) tutub.
Ümumiyyətlə isə yanvar-fevral ayları ərzində meyvə-tərəvəz ixracı 58,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 23,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 20,7 milyon, elektrik enerjisinin ixracı 20,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 9,7 milyon, kimya sənayesi məhsullarının ixracı 6.6 milyon ABŞ dolları olub.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 5,9 dəfə, meyvə-tərəvəzin ixracı 50,9 faiz, pambıq ipliyi ixracı 43,4 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 14,8 faiz, kimya sənayesi məhsullarının ixracı 7,2 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin fevral ayında isə qeyri-neft sektoru üzrə ixrac 119 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin fevral ayında ən çox qeyri-neft sektoruna aid mal Türkiyəyə ixrac edilib(42,3 milyon ABŞ dolları).
2018-ci ilin fevral ayında qeyri-neft sektoru üzrə ixracda birinciliyə elektrik enerjisi sahiblənib(17,7 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (8,8 milyon ABŞ dolları), üçüncü yeri isə qızıl (19 milyon ABŞ dolları) tutub.
AzVision.az
Teqlər: Qeyri-neft İxrac İqtisadi