“Adətən mart ayının sonlarından etibarən daşınmaz əmlak bazarında dinamika müşahidə olunurdu, amma bu il hələlik sabitlikdir. Bunun da müxtəlif səbəbləri var. Ölkədə baş verən müəyyən hadisələrlə bağlı müxtəlif, düzgün olmayan informasiyalar bazara ötürülür. Tutaq ki, aprel ayının sonlarına doğru dolların manata nisbətən qiymətinin bir qədər də möhkəmlənəcəyi, manatın dəyərini itirəcəyi deyilir. Bu informasiyaların heç bir iqtisadi əsaslandırması yoxdur, amma ictimai fikri müəyyən qədər başqa istiqamətə yönləndirə bilir. Buna görə də indiki halda daşınmaz əmlak bazarında hər hansı dəyişiklik müşahidə edilmir”.
R.Osmanlı bildirib ki, aprel ayının üçüncü on günlüyündən sonra daşınmaz əmlak bazarı haqda dəqiq təhlil vermək mümkün olacaq: “Fevralın müəyyən dövründə evlərin qiymətində artım müşahidə olundu. Ötən illə müqayisədə qiymətlərdə 4,5 faizlik artım var idi. Amma bu, qısa müddətli dövrü əhatə etdi və dayandı”.
Aytən Zəhra
AzVision.az