"Sosial mənzillər bazara ciddi təsir göstərməyəcək" - Ekspert
“Nəzərə almaq lazımdır ki, bu layihədə təqdim olunan mənzillər uzunmüddətli kredit yolu ilə vətəndaşlara verilir və ən azı 3 il ərzində alqı-satqı predmeti ola bilməz. Həmin mənzillərin sayı bazardakı ümumi təklif portfelinin 1 faizini belə təşkil etmir. Ona görə də hesab etmirəm ki, bu amil bazara hər hansı formada təsir göstərə bilsin”.
R.Osmanlı MİDA-nın təklif etdiyi mənzillərin qiymətinin ərazi üzrə olan digər mənzillərin qiymətlərdən ucuz olduğunu vurğulayıb.
“Mənzillərin qiyməti hər kvadrat metri üçün 950 manatdan təklif olunur. Bu kifayət qədər kiçik rəqəm olmasa da, lakin bazarda olan anoloji mənzillər-tam təmirli, çıxarışı olan mənzillərlə müqayisədə ucuzdur. Belə mənzillər arasında fərq təqribən hər kvadrat metrində 200 manatdır”.
Aytən Zəhra
AzVision.az
Teqlər: