Bağlanan 6 bankın 41 əmlakı hərraca çıxarılır
“Bank Standard”ın balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 2 ədəd “Mitsubishi Lancer” markalı avtomobillər, “Royalbank”ın balansındakı 1 mənzil və 2 ev, “Kredobank”ın balansındakı 1 mənzil və “Texnikabank”ın balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi III dəfə hərraca çıxarılıb. Bu əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb.
“Bank Standard”ın balansındakı 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, “Zaminbank”ın balansındakı 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, “Royalbank”ın balansındakı 1 fərdi ev, “Texnikabank”ın balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə) və 1 ədəd bankomat və “Bank of Azerbaijan”ın balansındakı “Ford Transit” avtomobili hərraca II dəfə çıxarılıb.
II və III dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac mayın 7-də keçiriləcək.
Hərrac açıq formada Respublika Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İsmayıl Hidayətzadə küçəsi, 156(20A) 1933-cü məhəllə ünvanında olacaq. Hərraca cıxarılan əmlakların vəziyyəti ilə https://azvision.az/redirect.php?url=http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu?limit=80 linki vasitəsilə tanış olmaq olar.
AzVision.az