Rubl dollara qarşı sürətlə ucuzlaşır
Rublun dəyəri ABŞ-ın yeni anti-Rusiya sanksiyaları səbəbindən düşməyə başlayıb. Son bir neçə gündə rubl illik minimumu dəfələrlə yeniləyib.
Xatırladaq ki, aprelin 6-da ABŞ-ın Maliyyə Nazirliyi Rusiyanı təmsil edən 7 iş adamı, 17 dövlət məmuru və 14 şirkətə qarşı sanksiya tətbiq edib.
AzVision.az