“Azeri Light”ın qiyməti 75 dollara yaxınlaşıb

  12 Aprel 2018    Oxunub : 514
“Azeri Light”ın qiyməti 75 dollara yaxınlaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
AzVision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,90 dollar bahalaşaraq 74,48 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar bahalaşaraq 72,11 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,20 dollar artaraq 67,02 dollar təşkil edib.

AzVision.az

Teqlər: Neft