Ötən il istehlakçılara 35,3 milyardlıq məhsul satılıb
Qeyd edilib ki, istehlak məhsullarının 11,8 faizi ticarət müəssisələri, 55,5 faizi fərdi sahibkarlar tərəfindən, 32,7 faizi isə bazar və yarmarkalarda satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə pərakəndə ticarət dövriyyəsi 2003-cü ilə nisbətən müqayisəli qiymətlərlə 2,4 dəfə artaraq 17,9 milyard manata bərabər olub, qeyri-ərzaq məhsullarının dövriyyəsində real ifadədə 8,7 dəfə artım müşahidə edilib. Ölkə əhalisi tərəfindən qeyri-ərzaq məhsullarının alınmasına meyil ilbəil artıb. 2003-cü ildə ticarət şəbəkəsində satılan istehlak məhsullarının dəyərinin yalnız 30,8 faizi qeyri-ərzaq məhsulları olduğu halda, 2017-ci ildə bu göstərici artaraq 49,3 faiz təşkil edib.
AzVision.az
Teqlər: Statistika Məhsul istehlak