Azərbaycanda hər 100 ailədən 52-nin maşını var

Azərbaycanda hər 100 ailədən 52-nin maşını var
  12 Aprel 2018    Oxunub:2521
Azərbaycanda 2018-ci il yanvar ayının 1-i vəziyyətinə avtomobillərin sayı 1342,3 min ədədə çatıb.

AzVision.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının internet səhifəsində verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, ölkə əhalisinin hər 1000 nəfərinə düşən minik avtomobillərinin sayı 2003-cü ildəki 48 ədəddən 118 ədədə çatıb. Komitə sədri vurğulayıb ki, hər 100 ailədən 52-sinin şəxsi minik avtomobili var.

AzVision.az


Teqlər: Komitə   Sədr   Avtomobil  





Xəbər lenti