Bakı aeroportu 897 min sərnişinə xidmət göstərib
““Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 362 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 104 min sərnişin düşüb. 768 min sərnişin (sərnişin dövriyyəsinin 85,6 faizi) beynəlxalq reyslərlə daşınıb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 52 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna – İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-mart ayları ərzində bu istiqamətlərə 597 min sərnişin uçub”.
AzVision.az
Teqlər: AZAL sərnişin statistika