Qeyri-neft sektoruna investisiyalar 41 faiz artıb
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 51,7%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,4%, bank kreditləri 13,7%, büdcə vəsaitləri 19,4%, əhalinin şəxsi vəsaitləri 5,4%, büdcədənkənar fondların vəsaitləri 0,6%, sair vəsaitlər isə 0,5% təşkil edib.
2018-ci ilin yanvar-mart aylarında Bakı şəhərində 110/35/10 kilovoltluq “Yasamal-1” və “Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi, Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 442 şagird yerlik 2 ümumtəhsil məktəb binası və bir növbədə gəlişlərin sayı 15 nəfər olan ambulatoriya-poliklinika müəssisəsi və s. obyektlər istifadəyə verilib.
AzVision.az
Teqlər: DSK Qeyri-Neft-Sektoru