Ölkəyə 3 ayda 3506 maşın gətirilib

Ölkəyə 3 ayda 3506 maşın gətirilib
  13 Aprel 2018    Oxunub:1662
2018-ci ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 3506 ədəd olub.
Dövlət Gömrük Komitəsindən AzVision.az-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 19 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3158 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 316 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 13 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

AzVision.az


Teqlər: DGK   Maşın   İdxal  





Xəbər lenti