Nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib
Kollegiyanın sədri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Quluzadə Ramin Namiq oğludur.
Kollegiya üzvləri:
Abdullayev Əli İzzət oğlu - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini,
Vəlizadə Elmir Tofiq oğlu - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini,
Məmmədov Rövşən Həmid oğlu - Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri,
Seyidov Mirsənani Mirsaleh oğlu - Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri,
Qəribov Adil Abdulxalıq oğlu - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin direktoru,
Həsənov Həbib Namiq oğlu - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi,
Fərmanov Faiq Azər oğlu - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin direktoru,
Əliyev Azər Rövşən oğlu - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının nəqliyyat siyasəti şöbəsinin müdiri,
Hacıyeva Sevinc Məmməd qızı - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının insan resurslarının idarə edilməsi və dövlət qulluğu şöbəsinin müdiri,
Paşayev Suat Sabir oğlu - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru,
Əsədov Elnar Tahir oğlu - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru
AzVision.az
Teqlər: Kollegiya