Çindən 7 min qutu ipəkqurdu toxumları gətirilib - Fotolar
Aprel ayının 24-də isə ikinci mərhələdə daha 6000 (altı min) qutu hibridipəkqurdu sənaye toxumları (qrena) gətirilərək kümçülərə əvəzi ödənilmədən paylanılacaqdır. Qeyd edək ki, dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq hər kiloqramına 5 manat subsidiya verir.
Bununla yanaşı, ölkəmizdə ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, toxum zavodlarınının və kümçülərin damazlıq barama toxumları ilə təmin ediıməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurularaq bu il istifadəyə veriləcək.
AzVision.az