Azərbaycanda qızıl hasilatı 5 dəfədən çox artıb
Qeyd edək ki, Azərbaycanda 2017-ci il ərzində 2016-cı illə müqayisədə 3,4 dəfə çox - 6,391 ton qızıl hasil olunub.
Hazırda Azərbaycanda qızıl Daşkəsən (“AzerGold” QSC tərəfindən) və Gədəbəy (Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti tərəfindən) rayonlarında hasil olunur.
“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, Britaniya şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
AzVision.az
Teqlər: Statistika Komitə