35 min sahibkara 2,1 milyard manat kredit verilib
Qeyd edilib ki, bu kreditlər hesabına 160 minədək yeni iş yeri açılıb. Kreditlərin 71 faizi aqrar sektorun, 29 faizi sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 93 faizini kiçik və orta həcmli kreditlər təşkil edir. İndiyədək verilmiş 2,1 milyard manat güzəştli kreditin 1 milyard manatı büdcə (47 faiz), 1,1 milyard manatı isə geri qaytarılan vəsaitlərin (53 faiz) payına düşür.
AzVision.az
Teqlər: