Azərbaycan beynəlxalq mükafata layiq görülüb

Azərbaycan beynəlxalq mükafata layiq görülüb
  18 Aprel 2018    Oxunub:1150
İsveçrənin paytaxtı Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında (ÜPİ) “EMS Kooperativinin 21-ci Ümumi Assambleyası” keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan da daxil olmaqla EMS (sürətli poçt rabitəsi xidmətləri) Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər.

Assambleyada Poçt ittifaqlarının mütəxəssisləri tərəfindən təqdimat və hesabatlar təqdim olunub. Toplantıda sahə üzrə 2017-ci il üçün statistik müqayisələr aparılıb, mühazirələr oxunub və növbəti illərdə daha yaxşı nəticə göstərmək üçün müzakirələr aparılıb. Assambleyada “Azərekspresspoçt” Rabitə Müəssisəsi “Müştəri məmnuniyyəti - 2017” mükafatına layiq görülüb.

Qeyd edək ki, sürətli poçt rabitəsi xidmətləri üzrə “Müştəri məmnuniyyəti” mükafatı EMS Kooperativi üzvləri arasında ən yaxşı sorğu mərkəzlərinə təqdim olunur. Azərbaycan bu mükafata ÜPİ-nin EMS Kooperativinin 182 üzvü arasında göstərdiyi ən yaxşı nəticələrə görə nail olub.

AzVision.az


Teqlər: Poçt   Mükafat  





Xəbər lenti