Ölkədə meyvə-tərəvəz qıtlığı gözlənilir? - Açıqlama
Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuəli Hacıyev AzVision.az-a bildirib ki, havaların yağışlı keçməsi taxıl, yazlıq tərəvəz əkinləri üçün əlverişlidir.
M.Hacıyev, həmçinin vurğulayıb ki, dağlıq, dağətəyi bölgələrdə hava şəraitinin uzun müddət şaxtalı keçməsi meyvəçiliyə mənfi təsir göstərə bilər: “Hər bitkinin özünün bioloji xüsusiyyətləri var. Temperatur -5 dərəcədən yuxarı olarsa, bu, ağacın meyvəsinə təsir edə bilər. Hazırda ciddi fəsad yoxdur. Aran bölgələrində ağacların çiçəkləmə fazası gedir. Amma dağlıq, dağətəyi zonalarda çiçəkləmənin başlanğıc fazasıdır. Rayonlarla tez-tez əlaqə saxlayırıq, bizə fəsadlarla bağlı informasiya daxil olmayıb. Kənd təsərrüfatı riskli sahədir və havadan sığrotalanmır. Hələlik soyuq havanın təsirindən danışmaq tezdir”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Meyvə Tərəvəz Nazirlik