3 ayda 193 milyon sığorta haqqı toplanılıb

3 ayda 193 milyon sığorta haqqı toplanılıb
  19 Aprel 2018    Oxunub:1407
2018-ci ilin yanvar-mart ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 193.1 mln. manat məbləğində sığorta haqları toplanıb, 60.3 mln. manat məbləğində sığorta ödənişi aparılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AzVision.az-a verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 157.1 mln. manat, ödənişlər isə 44.4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 36 mln. manat, ödənişlər isə 15.9 mln. manat olub.

2018-ci ilin yanvar-mart ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 81%-i könüllü, 19%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

2018-ci ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

AzVision.az


Teqlər: Sığorta  





Xəbər lenti