Azərbaycanda siqaret istehsalı 2,8 dəfə artıb

Azərbaycanda siqaret istehsalı 2,8 dəfə artıb
  20 Aprel 2018    Oxunub:1507
Ötən ilin yanvar-mart ayları ilə müqayisədə cari ilin ilk rübündə tütün məmulatlarının istehsalında 2,8 dəfə artım, içki istehsalında 3,1 faiz, qida məhsullarının istehsalında isə 7,2 faiz azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu sahələrin əsas məhsullarından olan kolbasa məmulatlarının istehsalı 7,5 faiz, cem və marmeladların istehsalı 2,9 faiz, brendi (konyak) istehsalı 3,1 dəfə, üzüm şərabı istehsalı 8,5 faiz, alkoqolsuz içkilərin istehsalı 7,5 faiz artıb, bununla yanaşı, duru bitki yağlarının istehsalı 24,5 faiz, qənd və şəkər tozunun istehsalı isə 90,7 faiz azalıb.

AzVision.az


Teqlər: Siqaret  





Xəbər lenti