7 şəhərin su-kanalizasiya sistemi yenidən qurulacaq

7 şəhərin su-kanalizasiya sistemi yenidən qurulacaq
  21 Aprel 2018    Oxunub:2034
Ölkə başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafına həsr olunmuş konfransda bir sıra həlli vacib məsələlərin icrası ilə bağlı tapşırıqlar verib.
AzVision.az-ın məlumatına görə, bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə müsahibəsində deyib. Onun sözlərinə görə, bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədidə su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşasının başa çatdırılması gözlənilir:

"Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisini başa çatdırmağı da hədəfləmişik. Bu il daha bir şəhərdə - Qazaxda su və kanalizasiya layihələrinin icrasına start veriləcək, 10-dan artıq şəhərdə isə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq. 2018-ci ildə Bakı şəhəri və Abşeron yarımadasının kənd və qəsəbələrində layihələrin icrası davam etdiriləcək. Paytaxt ərazisində, o cümlədən Babək prospekti, Təbriz və Mir Cəlal küçələrində avtomobil yollarının yenidən qurulması işləri çərçivəsində uzun müddət istismarda olan və qəzalı vəziyyətə düşən su və kanalizasiya xətlərinin yenilənməsi nəzərdə tutulur".

O, qeyd edib ki, içməli sudan əziyyət çəkən kəndlərdə yeni layihələr icra olunacaq: "Artıq bu istiqamətdə işlərə başlanılıb, kəndlərin müəyyənləşdirilməsi və layihələndirmə işləri davam etdirilir. Abonentlərə göstərilən müştəri xidmələrinin keyfiyyətinin yüksəldilməsi, əhalinin suölçən cihazlarla təmin olunması üzrə işlər davam etdiriləcək. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulan 5 elektron xidmət abonentlərin işini daha da asanlaşdıracaq.Ümidvarıq ki, əhalinin içməli su ilə təmin edilməsi və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması naminə həyata keçirdiyimiz tədbirlər əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına səbəb olacaqdır".

AzVision.az




Teqlər: Su   Kanalizasiya  





Xəbər lenti