“Akkord” Korporasiyası Gürcüstanda tenderlərin qalibi oldu
Dziruli-Karagauli-Moliti-Pona-Chumateleti İkinci yolun, Moliti-Chumateleti hissəsinin yenidən qurulması(Rehabilitation of Dziruli – Kharagauli – Moliti – Pona – Chumateleti Secondary Road, Moliti – Chumateleti Road Section from km 24+620 to km 50+244) ilə bağlı tenderdə isə Gürcüstan, Azərbaycan, Çin və Türkiyə dövlətlərindən olan 13 şirkət iştirak edib. Respublikamızın təmsilçisi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC bu tenderin də qalibi elan edilib. Korporasiyanın 26 km-lik yolun yenidən qurulması üçün verdiyi və qalib olduğu qiymət təklifi - 54,5 mln. lari (22.5 mln. ABŞ dolları) təşkil edib.
Xatırladaq ki, hazırda 11 ölkədə nümayəndəliyi mövcud olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 4 ölkədə aktiv fəaliyyət göstərir ki, onlardan da biri Gürcüstandır.
AzVision.az