"Xəzər" maşınları Bakıda bu ünvanlarda satılacaq
İlkin mərhələdə satışa 300 avtomobil çıxarılacaq. May ayının əvvəlində satışa çıxarılacaq avtomobillər kreditlə də alıcılara təqdim ediləcək.
Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsində yerləşən “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi “Xəzər avtomobillərinin qiymətləri 14-16 min arasında dəyişir. Mühərrikin həcmi 1,7 litrdir. Zavodda "Dena", "Rana", "Soren", "Samand" markalı avtomobillər, eləcə də "Peugeot"un bir sira modelləri istehsal ediləcək. Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir.
Aytən Zəhra
AzVision.az