Azərbaycan və Türkiyə ticarətdə milli valyutaya keçir
“Onların reallaşması üçün bütün addımlar atılacaq. Xüsusən, bu sahədə ən önəmlisi milli valyutalara keçid olacaq. Bundan əlavə, iyunun əvvəlində Azərbaycan təbii qazının Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək. Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan TANAP təkcə Türkiyə ilə Azərbaycan arasında təbii qaz alqı-satqısına deyil, eyni zamanda, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. İzmir şəhərinin Əliağa rayonunda inşa edilən “Star” neft emalı zavodunun tikintisi isə yaxın vaxtlarda yekunlaşacaq. Zavodun açılış mərasimi bu ilin sentyabr-oktyabr aylarında baş tutacaq. Bununla da Azərbaycan Türkiyədə ən böyük investor olacaq”.
Ərdoğan vurğulayıb kı, qısa müddətdə güzəştli ticarətə dair müqavilə həyata keçiriləcək. Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatları da əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir .
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Türkiyə Azərbaycan Ərdoğan