Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək
  28 Aprel 2018    Oxunub:2005
Aprelin 30-da Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
AzVision.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01 faiz – 10,99 faiz təşkil edir.

AzVision.az


Teqlər: Mərkəzi-Bank   Hərrac  





Xəbər lenti