“Məşğulluq haqqında” qanun plenar iclasa tövsiyə olunub
“Məşğulluq haqqında” qanun layihəsi barədə Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin sektor Adil Vəliyev məlumat verib. A.Vəliyev bildirib ki, qanun layihəsinə texniki düzəlişlər edilib. Həmçinin şöbə müdiri deputatların təkliflərini də cavablandırıb.
Daha sonra Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub və məcəlləyə müvafiq dəyişiklik edilib. Müzakirələrdən sonra layihələr parlamentin plenar iclasına tövsiyə olunub.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis