“Pambıqçılıq ölkəmizdə prioritet sahədir” - İnam Kərimov
Nazir pambıqçılıqla yanaşı, kənd təsərrüfatının digər sahələrinin də - məhsul istehsalının artırılması, analitik təhlillərin aparılması, mövcud problemlərin həlli ilə bağlı təkliflərin hazırlanması, aqrodəstək tədbirlərin səmərəliliyinin yüksəldilməsi və eyni zamanda aqrar məhsulların ticarətinin optimallaşdırılmasının ümumilikdə aqrar sektorun inkişafına təsir edəcəyini bildirib. “AqroMərkəz” haqqında məlumat verən qonaqlar bildiriblər ki, təşkilat 2017-ci ildə Azərbaycanın strateji əhəmiyyət daşıyan kənd təsərrüfatı məhsulları üzrə infrastrukturun gücləndirilməsi, bu sahədə təlim və tədris sisteminin inkişaf etdirilməsi məqsədilə yaradılıb.
Həmçinin qonaqlar Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri ilə birlikdə regionlara səfər edərək pambıq istehsalının təşkili ilə əlaqədar ilkin məlumat əldə etdiklərini diqqətə çatdırıblar. Qeyd edək ki, Texas A&M Universitetinin mütəxəssislərinin ölkəmizə səfərinin məqsədi, “AqroMərkəz” təşkilatının nümayəndələri ilə birlikdə ölkəmizdə pambıq istehsalının səmərəli təşkili ilə əlaqədar araşdırma aparmaqdan ibarətdir.
AzVision.az
Teqlər: İnam-Kərimov AqroMərkəz