Bank sektorunun aktivləri 2,1% artıb
Sektorun balans kapitalı 3.9 mlrd. manat, əhalinin əmanətləri isə 7.6 mlrd. manat olmuşdur. 2018-ci ilin mart ayı ərzində bank sektorunun aktivləri 2.1% (591 mln. manat), öhdəlikləri 2.3% (576 mln. manat), kapitalı isə 0.4% (15 mln. manat) artmışdır.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2,455 olmuşdur. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,389 nəfər təşkil etmişdir. Mart ayında bank sektorunda işçi sayı 0.4% və ya 58 nəfər artmışdır.
31 mart 2018-ci il tarixinə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
AzVision.az
Teqlər: Bank