“Cocuq Mərcanlı sakinlərinə gübrə və toxum pulsuz veriləcək”
“Dövlət başçısının tapşırığı ilə Cocuq Mərcanlıda qısa müddətdə müasir, bütün infrastruktura malik qəsəbə salınıb. Kəndin inkişafı üçün əsas istiqamətlərdən biri burada aqrar fəaliyyətin genişlənməsidir. Sakinlərin məşğulluğunun təmin edilməsi başlıca hədəflərimizdəndir. Bugünkü görüşümüzün məqsədi də sakinlərin qayğılarını dinləmək və fəaliyyətimizi buna uyğun qurmaqdır. Cocuq Mərcanlı sakinlərinə aqrar sahədə daim dəstək verib, qayğı göstərməliyik” - deyə, nazir bildirib.
İnam Kərimov Cocuq Mərcanlıda ayrılan pay torpaqlarının əkilməsi, becərilməsi və məhsul yığımı zamanı istifadə olunan bütün texnikaların, həmçinin gübrə və toxumların Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əvəzsiz təmin ediləcəyini bildirib. Nazir qeyd edib ki, hazırda Cocuq Mərcanlıda 33 hektarda qarğıdalı əkilməsi nəzərdə tutulub.
Kənd Təsərrüfatı naziri rəhbərlik etdiyi qurumun nəinki səpin prosesində, həmçinin məhsul istehsalının bütün mərhələlərində, problemlərin həllində fermerlərin, kənd sakinlərinin yanında olacağını əlavə edib. Nazir bildirib ki, fermerlər həm texnika ilə təmin ediləcək, həm də onlara məhsuldarlığın artırılması üçün məsləhət xidməti göstəriləcək. İnam Kərimov Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə olaraq həyata keçirilən qarğıdalı səpinində iştirak edib.
AzVision.az
Teqlər: KTN İnam-Kərimov