“Üç ayda 377 dövlət əmlakı özəlləşdirilib” - Komitə sədri
Qeyd olunub ki, cari ilin ilk üç ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 52 hərrac keçirilib: "Bu dövrdə 377 dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Hesabat dövründə “Sumqayıt Superfosfat” və “Muğansutikinti” ASC-lərin səhmlərinin satışı üzrə investisiya müsabiqələri elan olunub, hər iki müəssisə üzrə müsabiqələr baş tutub. Ümumilikdə müəssisələrə 65 milyon manat məbləğində investisiya qoyuluşu planlaşdırılır".
komitə sədri qeyd edib ki, investisiya müsabiqələri vasitəsilə bu günədək özəlləşdirilən müəssisələr üzrə dövlət büdcəsinə 67 milyon manat vəsaitin daxil olması təmin edilib, 1,1 milyard ABŞ dolları həcmində investisiya qoyuluşları həyata keçirilib, 17 min 257 yeni iş yeri yaradılıb.
AzVision.az
Teqlər: Kərəm-Həsənov Müşavirə Hərrac