Komitə yeni hədəflərini açıqlayıb

Komitə yeni hədəflərini açıqlayıb
  08 May 2018    Oxunub:1227
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yeni hədəflərini açıqlayıb.
Komitədən AzVision.az-a verilən məlumata görə, söhbət əmlakın qeydiyyatında vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olmasından, özəlləşdirmənin tam elektronlaşmasından və şəffaflıqdan, dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqindən, torpaqların elektron kadastr uçotunun yaradılmasından və sistemli idarə edilməsindən, torpaqlardan səmərəli istifadə edilməsində peyk nəzarət sisteminin tətbiqindən, bütün xidmətlərin vahid metaməlumat sisteminə inteqrasiyasının təmin edilməsindən, müasir kadr potensialı ilə çevik idarəetmədən gedir.

AzVision.az


Teqlər: ƏMDK  





Xəbər lenti