Naxçıvanda 302 nəfər işlə təmin olunub
Sağlamlıq imkanları məhdud şəxslərin və tənha ahılların tibbi və sosial reabilitasiyası da diqqətdə saxlanılıb, 49 şəxsə sanatoriya və pansionatlara göndəriş verilib, 20 nəfər isə texniki reabilitasiya vasitələri ilə təmin edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Poqramı”nın icrası ilə əlaqədar məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən Distant Tədris Mərkəzində 22 hərəkət qabiliyyəti məhdud şagirdin və eşitmə məhdudiyyətli şəxslər üçün fəaliyyət göstərən distant tədris kursunda 7 sağlamlıq imkanı məhdud uşağın tədrisi davam etdirilib.
AzVision.az