İpoteka kreditlərinə müraciət qaydaları asanlaşıb
"Dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesablanan zaman əvvəlki qaydalara əsasən kredit müraciəti edən şəxsin ən azı 2 il belə fəaliyyətlə məşğul olması tələb olunurdusa, indi son 1 il sahibkarlıq faəliyyəti ilə məşğul olmaq kifayət edəcək. Dəyişikliyə görə, xidmət sahələri üzrə sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği orta aylıq dövriyyənin 40 faizindən deyil, 70 faizindən çox olmayacaq. Yəni, ipotekaya müraciət edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin gəlirinin 70 faizi həcminədək aylıq kredit ödəniş məbləği müəyyənləşdirilə biləcək", - deyə ekspert vurğulayıb.
V.Bayramov qeyd edib ki, yeni qayda ilə ipoteka kreditinə müraciətdə aylıq məcmu gəlirinin hesablanması zamanı Azərbaycanda əldə edilən, həm də onun hüdudlarından kənardakı mənbələrdən daxil olan milli və xarici valyutadakı gəlirləri nəzərə alınır:
"Məsələn, ipoteka krediti almaq istəyən şəxs xaricdən hər hansı gəliri varsa və onu təsdiq edən sənədə malikdirsə, o zaman həmin məbləğ orta aylıq gəlirin hesablanması zamani istifadə edilə biləcək. Son dəyişikliklər təqdirə layiq olsa da belə, ipoteka kreditlərinə əlçatanlığın genişləndirilməsi üçün həm adi, həm də sosial ipoteka kreditləri üzrə faizlərin aşağı salınması və ilkin ödənişlərin azaldılmasıma da ehtiyac var".
AzVision.az
Teqlər: Ekspert Kredit İpoteka