“Aqrar sahə yeni mərhələyə qədəm qoyub” - İnam Kərimov

"Bu da bütövlükdə milli səviyyədə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə, o cümlədən qlobal miqyasda öz töhfəsini verib. Hazırda prioritet istiqamətlərimiz yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, o cümlədən qida təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsidir. Bu sahədə innovasiyaların tətbiqi, fermerlərlə yaxınlıq, aqrar sahədə düzgün idarəçilik kənd təsərrüfatının fəaliyyətinin əsas prinsipləri kimi bəyan edilib".
İ.Kərimiv qeyd edib ki, qarşıya qoyulan məqsədlərə çatılması üçün artıq kənd təsərrüfatı məhsullarının istehsalında innovasiyalar, yeni yanaşmaların tətbiqi prioritet təşkil edir: "Bu məqsədlə aqrar sənayenin inkişafı və təkmilləşməsində, yerli və xarici iş adamları üçün məlumat mübadiləsində və biznes əlaqələrinin qurulmasımda belə sərgilərin xüsusi əhəmiyyəti var".
Qeyd edək ki, bu gün Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi, 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgilərinin açılışı olub.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: İnam-Kərimov Nazir Sərgi