Azərbaycan neftinin qiyməti 81 dolları keçdi
Neftin qiymətindəki artıma digər səbəb isə ABŞ-ın İranın nüvə proqramı üzrə sazişdən çıxması və bu ölkəyə qarşı yenidən sanksiyalar tətbiq edəcəyi ilə bağlı qərarı ilə əlaqədar Fransanın “Total” neft-qaz şirkətinin İrandakı 4,2 milyard avroluq “Cənubi Pars” qaz yatağının 11-ci fazasının inkişaf etdirilməsi layihəsinin icrasını dayandırması, neft və dəniz daşımaları sahəsində dünyanın ən böyük şirkətlərindən biri olan Danimarkanın “Maersk” holdinqinin İrandakı bütün fəaliyyətini sona çatdırması, həmçinin “Siemens”in baş icraçı direktoru Joe Kaiserin şirkətin artıq İranla yeni əməkdaşlıq qurmayacağını bildirməsi səbəb olan faktorlardır.
Digər tərəfdən Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) son hesabatına görə, iqtisadi və siyasi baxımdan çətinliklər yaşayan Venesuelada gündəlik neft istehsalı apreldə martla müqayisədə 41 min 700 barrel azalaraq 1 milyon 436 barrelə düşüb. Venesuelada neft hasilatının azalması, eləcə də ABŞ-ın neft emalı zavodlarının iyun ayında təmirə bağlanacağı da “qara qızıl”ın qiymətinin bahalaşmasına təsir edən amillərdir.
AzVision.az
Teqlər: Neft