Əmlak çıxarışları telefona göndəriləcək
Ümumiyətlə əmlak sahibləri qeydiyyat zamanı 24 sayda elektron xidmətdən istifadə edə bilərlər. Bu xidmətlər qeydiyyatın onlayn aparılmasına, əmlak çıxarışlarının daha sürətli verilməsinə şərait yaradır ki, bu da biznes əməliyyatlarına olan tələbatın ödənilməsinə imkan verir. Əmlakın qeydiyatı ilə bağlı xərclərin əvvəlcədən öyrənilməsi üçün isə Əmlak Kalkulyatoru işə düşüb.
Komitənin elan etdiyi yeni iş prinsipi də artıq bəzi sosial layihələr vasitəsilə reallaşdırılır. Belə ki, “kütləvi çıxarış” və "mobil ofis" kampaniyalarında əhali uzaq məsafə qət etmədən, ərazi idarəsinə getmədən əmlakını qeydiyyatdan keçirə bilir.
Paralel olaraq komitə əhalinin qeydiyat xidmətləri ilə bağlı rəylərini də toplayır. Bunun üçün xidmətdən istifadə edənlərə əks zənglər edilir və əhali arasında sorğular keçirilir, bu sorğular problemləri aradan qaldırmaq və xidmətin keyfiyyətini artırmaq üçün istifadə ediləcək.
AzVision.az
Teqlər: ƏMDK