Sahibkarlar qeydiyyata alınacaq - Yenilik
"Qanuna əsasən, ölkədə qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektləri sadəcə qida təhlükəsizliyi qeydiyyatından keçəcəklər və məhsullarını reyestrə salacaqlar. Qida təhlükəsizliyi qeydiyyatına düşən müəssisələr isə ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaqlar".
Agentliyin sədri bildirib ki, idxalçı dövlətin tələbinə uyğun olaraq əgər dövlət fitosanitar və baytarlıq nəzarətindən keçmək tələb olunarsa, agentlik bu sertifikatı verəcək: "Qida təhlükəsizliyinin qeydiyyatı "ASAN xidmət"in bir pəncərə prinsipi ilə həyata keçiriləcək. Sertifikat üçün tələb olunan rüsumlar Tarif Şurasına təqdim olunub. Rüsumlar təsdiq olunandan sonra rüsumların ödənilməsi asan xidmətin müvafiq bölmələrində həyata keçiriləcək".
Aytən Zəhra
AzVision.az
Teqlər: AQTA