“Nar” qalibləri mükafatlandırıb
İnformatika olimpiadasının məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, eyni zamanda qaliblər sırasından seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir. Olimpiadaya dəstək göstərməkdə “Nar”, özünün korporativ sosial məsuliyyət strategiyasına (KSM) uyğun olaraq, İKT sahəsində yerli mütəxəssislərin yetişməsinə və İKT-nin gənclər arasında təbliğinə töhfə verir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” tərəfindən keçirilmiş şəbəkə sınaqlarına əsasən “Nar” mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
AzVision.az