Ümumi daxili məhsulun həcmi artıb

Ümumi daxili məhsulun həcmi artıb
  19 May 2018    Oxunub:1459
2018-ci ilin yanvar-aprel aylarında ölkə rezidentləri tərəfindən 22969,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 1,2 faiz çox ümumi daxili məhsul istehsal edilib.
AzVision.az xəbər verir ki, Dövlət Srtatistika Komitəsinin hesablamalarına görə, bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 9,5 faiz, informasiya və rabitə sahələrində 7,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 3,5 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,5 faiz, sənayedə 1,1 faiz, digər xidmət sahələrində 0,8 faiz artıb, tikintidə isə 10,4 faiz azalıb.

İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artmış, neft sektorunda isə 0,1 faiz azalıb. Əhalinin hər nəfərinə düşən ÜDM 2346,0 manata bərabər olub.

AzVision.az


Teqlər: ÜDM   DSK  





Xəbər lenti